Tibbi xəbərlər
Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub
Tibbi xəbərlər
129

Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub

Azərbaycanda son 20 ildə 750-dən çox tibb müəssisəsi inşa olunub.

E-saglam.az xəbər verir ki, bunu Milli Məclisin səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov Azərbaycan Ağız və Üz-Çənə Cərrahları Cəmiyyətinin II Beynəlxalq Konqresində deyib.

Onun sözlərinə görə, tibb müəssisələri ən yüksək texnologiyalarla təchiz olunaraq əhalinin istifadəsinə verilib:

"Ölkə səhiyyəsinin uğuru kimi icbari tibbi sığortanı da qeyd etmək yerinə düşərdi. İcbari tibbi sığorta geniş miqyasda həyata keçirilir və demək olar ki, səhiyyənin bütün sahələrini əhatə edir. Mütəmadi olaraq xidmətlər zərfi genişlənir və yenilənir. Son dərəcə çətin, ağır və böyük maliyyətutumlu cərrahi əməliyyatlar icbari tibbi sığorta tərəfindən qarşılanır".// "Report"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun