Tibbi xəbərlər
Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ
Tibbi xəbərlər
171

Azərbaycanda qızılcaya yoluxma halları artır - RƏSMİ

"Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur".

E-saglam.az xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

Onun sözlərinə görə, yoluxma hallarının artmasına səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.

TƏBİB rəsmisi bildirib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir: “Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks göstəriş olan hallar da var.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun