Tibbi xəbərlər
Azərbaycanda qadının beynində iynə aşkarlandı -
Tibbi xəbərlər
5884

Azərbaycanda qadının beynində iynə aşkarlandı - İllərdir belə yaşayıb + FOTOLAR

Təəcüblü olsa da, pasiyent, iynənin ora nə zaman və hansı şəraitdə daxil olduğunu xatırlamır.

Bu sözləri E-saglam.az-a açıqlamasında endokrinoloq İlkin Əhmədli deyib: 

Onun sözlərinə görə, ola bilsin ki, uşaq yaşlarında ehtiyatsızlıq nəticəsində daxil olub. Bəlkə də, məqsədyönlü şəkildə daxil edilib, çünki bəzi rayonlarda yeni doğulan, istənməyən qız uşaqları ilə bağlı belə halların olduğunu eşitmişəm: "Pasiyent, mənim yanıma prolaktin hormonunun yüksəkliyi ilə bağlı müraciət edib.

Səbəbini araşdırmaq üçün, baş beyin daxilində yerləşən hipofiz vəzisinin MRT müayinəsinə göndərmişəm.

Müayinədən keçərkən, iynə orada təsadüfən aşkarlanır və MRT müayinəsi təhlükəli olduğundan (MRT müayinəsi - elektromaqnit əsaslarla işləyən aparatdır), dayandırılaraq, Radioloq Eldar Məmmədov tərəfindən rentgen və KT müayinəsi ilə iynənin beyin daxilindəki yeri dəqiq müəyyən olunur.

Neyrocərrahla konsultasiya etdikdən və pasiyentin fikrini aldıqdan sonra belə qərara gəldik ki, əgər iynə uzun illər orada fəsadlaşmamış şəkildə qalıbsa, toxunulmasın".

Qeyd edək ki, pasiyentə prolaktin hormonunun yüksəkliyi ilə bağlı konservativ müalicə yazılaraq, evə yola salınıb. 

Könül Oruc

E-saglam.az

FOTOLAR: 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun