“Hazırda Azərbaycanda özəl ekspertiza ilə bağlı fəaliyyət həyata keçirilmir. Bununla bağlı normativ hüquqi aktların qəbul edilməsi istiqamətində işlər gedir”.
E-saglam.az xəbər verir ki, bu sözləri Məhkəmə Ekspertizası Mərkəzinin şöbəsi rəisi Hümmət Vəliyev Azərbaycanda özəl məhkəmə ekspertiza mərkəzlərinin yaradılmasını nəzərdə tutan Prezident İlham Əliyev 2019-cu ildə imzaladığı fərmanın icrası ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
O bildirib ki, özəl ekspertiza mərkəzlərinə fəaliyyətə başlamaq üçün ekspert şəhadətnaməsi verilməsi qaydası, özəl ekspertlərin xüsusi biliyini müəyyən edən sənədlərin siyahısı, məhkəmə ekspertlərinin və digər sənədlərin hazırlanması hazırda baxış mərhələsindədir:
“Bu səbəbdən hələlik özəl ekspertiza fəaliyyətə başlamayıb. Ümid edirik ki, biz yaxın müddətdə ölkəmizdə özəl ekspertiza fəaliyyətini müşahidə edəcəyik”.