Tibbi xəbərlər
Azərbaycanda növbəti ildən ambulator şəkildə xəstələrə dərman veriləcək
Tibbi xəbərlər
105

Azərbaycanda növbəti ildən ambulator şəkildə xəstələrə dərman veriləcək

Növbəti ildən ambulator şəkildə xəstələrə dərmanların verilməsi nəzərdə tutulur.

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

Onun sözlərinə görə, artıq bununla bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib:

"Statistikaya əsasən ilk yerdə yüksək təzyiqdən əziyyət çəkənlərdir. Birinci mərhələdə onlara dərmanlar veriləcək. Mərhələli şəkildə digər xəstəliklər üzrə də dərmanların verilməsi həyata keçiriləcək"

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun