Tibbi xəbərlər
Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiya olacaq? -
Tibbi xəbərlər
652

Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiya olacaq? - Açıqlama

Hazırda Azərbaycanda meymunçiçəyinə qarşı kütləvi vaksinasiyaya ehtiyac yoxdur.

E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, hazırda vaksinlər yalnız endemik risk qrupunda olan ölkələrdə tətbiq olunur:

“ÜST və bir çox digər təşkilatların araşdırması göstərir ki, suçiçəyi virusunda istifadə olunan vaksinlər meymunçiçəyində də istifadə oluna bilər. Lakin hazırda Azərbaycanda həmin vaksinlərin vurulması tövsiyə olunmur, buna ehtiyac da yoxdur. Çünki bu virus endemik risk qrupuna daxil deyil”.

Xatırladaq ki, yanvarın 18-də Azərbaycanda ilk meymunçiçəyinə yoluxma faktı aşkarlanıb. Belə ki, 22 yaşlı Azərbaycan vətəndaşı 2-11 yanvarda xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Hazırda xəstə hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun