Tibbi xəbərlər
Azərbaycanda məcburi vaksinasiya
Tibbi xəbərlər
223

Azərbaycanda məcburi vaksinasiya ola bilər – Həkim

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünya ölkələri meymunçiçəyi (mpox) xəstəliyi ilə mübarizə üçün 3,6 milyon dozadan çox vaksin ayırıb.

Bu məsələ ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, təkrar pandemiya elan olunacağı və məcburi vaksinasiyanın həyata keçiriləcəyinə dair narahatlıq artıb.

Azərbaycanda meymunçiçəyinə qarşı məcburi vaksinasiya ola bilərmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan həkim-fitoterapevt Füzuli Hüseynovun sözlərinə görə, bu məsələ xəstəliyin gedişatından asılıdır.

O deyib ki, əgər virusun yayılma tempi sürətlənərsə, o zaman vaksinasiya məcburi olacaq:

“Meymunçiçəyinin yayılma tempi yavaş irəliləyərsə, peyvənd vudurmaq könüllü ola bilər, amma sürtələ gedərsə artıq məcburi vaksinasiyaya keçmək mümkündür. Açığı, bu virus indiyə qədər olmayan bir xəstəlikdir. Bənzər xəstəliklər gələcəkdə daha da çoxalacaq. Çünki bununla paralel laboratoriyalar da inkişaf edir. Onların arxasında isə böyük miqdarda pullar dayanır. Mənim fikrimcə, bunun hamısı nəzarət altında olan əməllərdir. Sürət tempinin artması gözləniləndir. O halda isə vaksinasiya məcburi olacaq”.

Həkim bu xəstəlikdən qorunma yollarını açıqlayıb:

“Bunlar hamısı virus infeksiyalarıdır. Bu tip virusların əksəriyyəti adətən hava-damcı yolu ilə yayılır. Amma “Meymunçiçəyi”nin təmas yolu ilə digər şəxsə keçdiyi deyilir. Təmas yolu ilə keçən infeksiyalarda o qədər də sürətli artım tempi olmur. Lakin yoluxma artarsa, bizim yeganə yolumuz immun sistemini gücləndirməkdən keçir. İmmun sistemimiz nə qədər güclü olsa, biz infeksiyanı qarşılayıb, yola da sala bilərik və heç bir problem olmaz”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun