Tibbi xəbərlər
Azərbaycanda icbari həyat sığortası üzrə ödənişlər 86 %-dən çox artıb
Tibbi xəbərlər
225

Azərbaycanda icbari həyat sığortası üzrə ödənişlər 86 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda könüllü həyat sığortası üzrə ümumilikdə 193 milyon 743,2 min manat sığorta haqqı toplanıb.

E-saglam.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9 % çoxdur.

Hesabat dövründə könüllü həyat sığortası üzrə ödənişlərin məbləği isə 176 milyon 909,5 min manat təşkil edib. Bu isə illik müqayisədə 29 % çoxdur.

Eyni dövrdə könüllü həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 91,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 86,3 manat olub.

Bu ilin 7 ayında Azərbaycanda icbari həyat sığortası üzrə sığorta haqqları 16,9 % artaraq 38 milyon 899,9 min manata, sığorta ödənişləri isə 86,3 % artaraq 2 milyon 318,6 min manata çatıb.

Yanvar-İyul aylarında Azərbaycanda icbari həyat sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 5,96 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 3,7 manat olub.

Xatırladaq ki, Azərbaycanda həyat sığorta bazarında 5 şirkət fəaliyyət göstərir. Bunlar “Atəşgah Həyat”, “Meqa Həyat”, “Xalq Həyat”, “Paşa Həyat Sığorta” və “Qala Həyat” ASC-lərdir. // “Report”

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun