Azərbaycanda həkim çatışmazlığı yoxdur. 1000 nəfərə düşən həkimlərin sayı kifayət qədər yüksəkdir.
E-saglam.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında Əmək Məcəlləsi və digər üç qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, hakimlərin proporsional bölüşdürülməsi düzgün aparılmayıb:
“Həkimlərin çoxu ixtisası üzrə işləmir, çoxu Bakıya toplayıb, bölgələrə getməyiblər. Buna şərait yaradılmalıdır. Bunun maliyyə və digər tərəfləri var. Bu barədə də Səhiyyə Nazirliyi fikirləşməlidir”.