Ötən il Azərbaycanda həkimlərin ən çox və ən az olduğu rayonların və şəhərlərin adları məlum olub.
E-saglam.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, siyahıya əsasən ötən ilin sonuna ölkə üzrə 33,6 min nəfər həkim çalışıb.
Onun da 22,7 min nəfəri paytaxt Bakının payına düşüb. Ümumilikdə Bakı və Bakının demək olar ki, şəhərin bütün rayonları həkim sayına görə liderlik edir.
Bakıdan kənarda olan ərazilərdə ən çox həkim sayı Sumqayıtda (1,5 min nəfərə yaxın) və Gəncədə (1,1 min nəfərdən) çox olub.
Ən az həkim sayı isə Daşkəsən (7), Xocalı və Sədərək rayonları olub.
E-saglam.az