Tibbi xəbərlər
Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi platforma yaradılır
Tibbi xəbərlər
236

Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi platforma yaradılır

"Azərbaycanda elektron səhiyyə ilə bağlı ümumi platformanın yaradılması müzakirə olunur".

E-saglam.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektronlaşma ilə bağlı çox böyük işlər görüldüyünü xatırladan sədr qeyd edib ki, xəstəxanalarda artıq bütün pasiyentlərin qeydiyyatı elektron formada aparılır.

Onun sözlərinə görə, vətəndaşlar şəxsi kabinetə daxil olub aldıqları tibbi xidmətlərə dair məlumatı onlayn əldə edə bilirlər.

Əlliyə yaxın tibb müəssisəsinin laboratoriyasının elektronlaşdırıldığını vurğulayan Z.Əliyev deyib ki, görülən işlərə rəğmən ümumi sistemdə fraqmentasiyalar mövcuddur: "Elektron səhiyyə ilə bağlı ölkədə ümumi bir platformanın yaradılması müzakirə olunur. Bu platformaya Səhiyyə Nazirliyi, TƏBİB, digər nazirliklərin tabeliyindəki tibb müəssisələrinin, həmçinin özəl tibb müəssisələrinin inteqrasiyası nəzərdən keçirilir".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun