Tibbi xəbərlər
Azərbaycanda dərman idxalı ilə məşğul olan şirkətlərə
Tibbi xəbərlər
412

Azərbaycanda dərman idxalı ilə məşğul olan şirkətlərə müraciət edilib

Azərbaycanda fəaliyyət göstərən dərman idxalı ilə məşğul olan şirkətlərə müraciət edilib.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza MərkəzindənE-saglam.az-a daxil olan müraciətdə deyilir:

"Azərbaycan Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısına əsasən Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıqların dövriyyəsinə Daxili İşlər Nazirliyinin xüsusi icazəsi ilə yol verilir.

Odur ki, güclü təsir edən və ya zəhərli maddələrin idxalı zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə təqdim edilməli olan sənədlərin sırasında Daxili İşlər Nazirliyi tərəfindən verilən xüsusi icazənin olması mütləqdir".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun