Gəncə şəhər Birləşmiş Xəstəxanası akademik Zülfüqar Məmmədov adına xəstəxanada əsaslı təmir işləri aparılacaq.
E-saglam.az xəbər verir ki, bununla bağlı müvafiq işlərə başlanılıb.
Əsaslı təmir işlərinin icrası Rayonlararası İstehsalat Kombinatına həvalə olunub və müqavilə bağlanılıb.
Müqaviləyə əsasən, xəstəxanada əsaslı təmir işlərinə 1 935 353,81 manat sərf olunacaq.
Qeyd edək ki, akademik Zülfüqar Məmmədov adına xəstəxana 1959-cu ildən fəaliyyət göstərir. Daha əvvəl tibb ocağı Kirovabad şəhər Təcili Tibbi Yardım xəstəxanası,1988-ci ildən isə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanası adlandırılıb. Xəstəxana 3 mərtəbədən və 2 korpusdan ibarətdir. (İqtisadiyyat.az)