Yandex watch
Azərbaycanda bir İLK!

Yeni doğulan körpələrin təxminən 25%-ində qulaq şəkil pozğunluqları müşahidə edilir və bu halların 3-5%-də qulaq şəkilləndirmə müalicəsi tələb olunur.

Emlakbazari.az

Bu sözləri E-saglam.az-a açıqlamasında Məlhəm Beynəlxalq Hospitalın Uzman Doktoru Emiliya Əfəndiyeva deyib. 

O bildirib ki, körpələrdə qulaq qəlibləmə müalicəsi, xüsusilə ilk 2 aylıq dövrdə tətbiq oluna bilər: "Müalicəyə nə qədər tez başlanarsa, uğur şansı o qədər yüksək olur".

Uzman doktor qeyd edib ki, CranioWell qulaq şəkilləndirmə dəsti, körpələrdə qulaq şəkil pozğunluqlarının müalicəsi üçün xüsusi olaraq hazırlanmış silikon qəlibləmə aparatıdır: "Bu aparat, ilk 2 ayda olan körpələrin qulaq şəklindəki pozğunluqların düzəldilməsində effektiv və etibarlı bir üsuldur. Müalicə ağrısız və təhlükəsizdir, uyğun yaş seçimi ilə qalıcı düzəlmə təmin edir".

E.Əfəndiyeva vurğulayıb ki, qulaq qığırdağının şəkillənmə və düzəlmə potensialı ilk ayda ən yüksəkdir, buna görə də müalicəyə mümkün qədər tez başlamaq vacibdir:

"Müalicənin effektivliyini artırmaq üçün müalicə müddəti və başlama zamanı bir-biri ilə əlaqəlidir:

• 15-21 günlük körpələr üçün 3 həftə

• 4 həftəlik körpələr üçün 4 həftə

• 5 həftəlik körpələr üçün 5 həftə

• 6 həftəlik körpələr üçün 6 həftə

• 8 həftəlik körpələr üçün 8 həftə

Bu müalicə planı, qulaq qığırdaqlarının doğumdan sonra sürətlə sərtləşməyə başlaması səbəbindən hazırlanmışdır. Ən yaxşı nəticələr, müalicəyə ilk iki həftə ərzində başlandıqda əldə edilir".

Həkimin sözlərinə görə, qulaq şəkil pozğunluqlarının müalicəsi və müşahidəsi mütləq ixtisaslı həkimlər tərəfindən aparılmalıdır, çünki bu prosedur xüsusi bilik və təcrübə tələb edir. Bu prosedur yalnız müvafiq təlim keçmiş həkimlər tərəfindən həyata keçirilməlidir.

Əgər körpənizin qulaq şəklində pozğunluqdan narahatsınızsa, elə indi müraciət edərək mütləq şəkilədə gecikmədən müalicəyə başlamalısınız.

E-saglam.az