Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "VİDAL-XXS" MMC-yə İnzibati Xətalar Məcəlləsinin (İXM) 221.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.
E-saglam.az xəbər verir ki, cərimə protokolu şirkətin dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha satıldığına görə tərtib olunub.
Həmin maddədə deyilir ki, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satışına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağandır. (iqtisadiyyat.az)