Tibbi xəbərlər
"Azərbaycanda anal dəliyi olmayan körpə doğulub" -
Tibbi xəbərlər
2875

"Azərbaycanda anal dəliyi olmayan körpə doğulub" - Uşaq cərrahından açıqlama

"Yeni doğulmuş qız körpədə anal atreziya halı baş verib. Yəni, körpə doğularkən anal dəliyi olmayıb".

Bu barədə E-saglam.az-a açıqlamasında uşaq cərrahı Toğrul Ömərov məlumat verib.

Cərrahın sözlərinə görə, uşağın qarnı köp vəziyyətində olub, anus dəliyi heç bir yerə açılmayıb:

"Bağırsaq anal dəlik nahiyəsindən 5 sm məsafədə yerləşdiyinə görə, kolostoma açdıq ki, körpənin bağırsaqları rahatlasın. Uşaq bir qədər çəki aldıqdan sonra ikinci mərhələdə əməliyyat olunaraq anus dəliyi bərpa olunacaq".

Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun