Tibbi xəbərlər
Azərbaycanda aktiv koronavirus xəstələrinin və ölənlərin sayı azalıb
Tibbi xəbərlər

Azərbaycanda aktiv koronavirus xəstələrinin və ölənlərin sayı azalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 330 701 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 316 439 nəfər müalicə olunaraq sağalıb, 4 802 nəfər vəfat edib. 9 460 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 116, bu günə qədər isə ümumilikdə 3 404 046 test icra olunub

 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun