Tibbi xəbərlər
Azərbaycanda 52 yaşlı qadının qarın boşluğundan
Tibbi xəbərlər
988

Azərbaycanda 52 yaşlı qadının qarın boşluğundan NƏHƏNG törəmə xaric edilib

Abşeron Rayon Mərkəzi Xəstəxanasına kəskin qarın ağrısı səbəbilə müraciət edən 1972-ci il təvəllüdlü qadında müayinələr zamanı uşaqlıq mənşəli nəhəng kistik törəmə aşkar edilib və ona əməliyyat təyin olunub.

Bu barədə E-saglam.az-a TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, tibb müəssisəsinin Cərrahiyyə şöbəsinin müdiri, uzman cərrah İlkin Həşimov və həkim-cərrah Adil Nəsibov tərəfindən pasiyent üzərində əməliyyat uğurla icra olunub. Xəstənin qarın boşluğundan təxmini ölçüsü 45-50 sm, çəkisi 10 kq olan törəmə xaric edilib.

Qeyd edək ki, pasiyentə əməliyyatdan sonra stasionar müalicə müddətində də zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti qənaətbəxş olduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun