Tibbi xəbərlər
Azərbaycanda 2500 uşaq
Tibbi xəbərlər
207

Azərbaycanda 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir

Bakı şəhəri üzrə 1300-ə yaxın uşaq diabet xəstəliyi səbəbindən Respublika Endokrinoloji Mərkəzində qeydiyyata alınıb.

E-saglam.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Respublika Endokrinoloji Mərkəzin direktoru Nərmin İsmayılova məlumat verib.

O qeyd edib ki, ümumi ölkə üzrə 2500 uşaq şəkərli diabetdən əziyyət çəkir: “Qeydiyyatda olan uşaqlara hər gün insulin inyeksiya edilir. Bu il TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə uşaqlar davamlı qlükoza monitorinq cihazı ilə təmin olunub”.

Mərkəz direktoru bu ay qeyd olunan Beynəlxalq Diabetlə Mübarizə Gününün həmin xəstəlikdən əziyyət çəkənlər üçün vacib olduğunu açıqlayıb: “Çünki insanlar şəkərli diabetin təsirləri barədə ətraflı maariflənirlər, vaxtında diaqnoz qoyulması və fəsadlarının aradan qaldırılması istiqamətində görülən müalicələr barədə öyrənirlər”.

Qeyd edək ki, Beynəlxalq Diabetlə Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun