Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 253 489,88 min ABŞ dolları dəyərində 11 920,10 ton əczaçılıq məhsulları idxal olunub.
E-saglam.az xəbər verir ki, "APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, cari ilin ilk altı ayında Azərbaycanın idxal etdiyi əczaçılıq məhsullarının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,2%, həcmi isə 1,5% artıb.
Bu ilin may ayı ilə müqayisədə iyunda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 29,3% azalaraq 53 749,68 min dollar, həcm ifadəsində isə 8% azalaraq 2 007,35 min ton təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 4,70%-nə bərabər olub.