Ötən ay Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 51,8 milyon dollar təşkil edib.
E-saglam.az xəbər verir ki, iqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14% çoxdur.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,53%-ni təşkil edib.
Əlavə edək ki, 2024-cü ilin eyni ayında Azərbaycan 45,4 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.