Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 430,4 milyon dollar təşkil edib.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7% azdır.
Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,59%-ni təşkil edib.
Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 482,2 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.