Tibbi xəbərlər
Azərbaycan ürək xəstəliklərindən ölümə görə ilk üçlükdə -
Tibbi xəbərlər
742

Azərbaycan ürək xəstəliklərindən ölümə görə ilk üçlükdə - Səbəb nədir?

Soyuq qış günlərində ürək xəstəliyindən əziyyət çəkənlərin sayı artır. Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında, təəssüf ki, ikinci yerdə qərarlaşır. Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail, Fransa kimi ölkələr isə siyahıda ən son yerlərdədir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, ürək xəstəliklərinin çox olmasında milliyyətin önəmi yoxdur. 

Kardioloq Nüsrət Əliyev Hit.az-a deyib ki, son vaxtlar əhalinin orta yaş göstəricisinin artması ilə əlaqədar ölkədə ürək xəstəliklərinin faizi artmağa başlayıb:

"Əgər Avropada 70 yaşdan yuxarı əhali arasında ürək çatışmazlığı 10% təşkil edirsə, bu rəqəm Azərbaycanda 70 yaşdan yuxarı əhali arasında 12-13%-dir. Əgər bu xəstələr xəstəxanalarda lazımi müalicə olunarsa, şuntlama və digər əməliyyatlar həyata keçirilərsə, ölüm halı 1% olar, əks halda bu rəqəm 3-4% təşkil edir. Zamanın tələblərinə əsasən ürək-damar xəstəlikləri hər il mütəmadi olaraq artır. Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Bu xəstəliklərin qarşısını almaq üçün ancaq profilaktik və maarifləndirici tədbirlər lazımdır”.

Həmsöhbətimizin sözlərinə görə, bu xəstəliyin cavanlaşmasının ən mühüm səbəbi piylənmə-metabolik sindromla bağlıdır: 

"Bunun da qarşısını uşaq yaşlarından almaq lazımdır. Əgər uşaqlar dərsdən sonra dönər yeyirlərsə, qazlı şirəli içkilər içirlərsə, bu piylənməyə səbəb olacaq və nəticədə ürək-damar xəstəlikləri yaranacaq. Bəzi ölkələrdə məktəb, universitetlərdə qazlı, şirin içkilərin, şokoladın satışına icazə verilmir".

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun