Tibbi xəbərlər
Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkətinin
Tibbi xəbərlər

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkətinin rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Səhiyyə Nazirliyində İsveçrənin aparıcı əczaçılıq şirkəti olan “Novartis Pharma Services AG”nin Mərkəzi Avropa Regionunun (ECC) inkişaf etməkdə olan ölkələr üzrə prezidenti vəzifəsini müvəqqəti icra edən Almaz Miftaxovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə E-saglam.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq üçün imkanların olduğunu qeyd edib. Əczaçılıq sənayesinin müasir səhiyyənin ən mühüm istiqamətlərindən biri olduğunu vurğulayan Teymur Musayev bu sahədə də əlaqələrin inkişafı üçün potensialın mövcudluğunu diqqətə çatdırıb.

Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Almaz Miftaxov şirkətin Azərbaycanın Səhiyyə Nazirliyi ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun