Yandex watch
Az yuxu yatanlar daha çox

Mütəxəssislər yuxunun miqdarı və keyfiyyətinin insan sağlamlığı üçün düşündüyümüzdən də vacib olduğunu bildirirlər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kardioloqlar bildirir ki, gecə 6 saatdan az yatmaq ürək-damar sisteminə ciddi zərər vurur və uzun müddət bu rejimdə yaşamaq infarkt, insult və şəkərli diabet riskini ikiqat artırır.

Araşdırmalara görə, yuxusuzluq zamanı orqanizmdə iltihabi proseslər güclənir, qan təzyiqi yüksəlir və ürək ritmi pozulur. Bu isə gecə istirahətinin təkcə beyin üçün deyil, bütün bədən üçün vacib olduğunu göstərir.

Mütəxəssislər tövsiyə edir ki, yetkin insanlar gündə 7-8 saat keyfiyyətli yuxu almalı, yatmazdan əvvəl ekranlardan uzaq durmalı, ağır yeməklərdən çəkinməli və mümkün qədər eyni saatda yatağa getməlidirlər.

Könül Oruc

E-saglam.az