Tibbi xəbərlər
Az su içmək uşaqların dərsdəki uğurlarını
Tibbi xəbərlər
259

Az su içmək uşaqların dərsdəki uğurlarını azaldır - Həkim

Uşaqların gündəlik su ehtiyacının ödənilməməsi konsentrasiya itkisinə səbəb olur və akademik müvəffəqiyyəti azaldır. Hətta şüur ​​itkisinə səbəb ola bilər.

E-saglam.az-ın türk mediasına istinadla məlumatına görə, mütəxəssislər xəbərdarlıq edir ki, uşaqlar böyüklərdən iki dəfə çox su içməlidirlər. 

Yeni dərs ilinə qədəm qoyduğumuz bir vaxtda uşaqların sağlam və balanslı həyat sürmələri üçün su istehlakı böyük əhəmiyyət kəsb edir. Uzun dərs saatları, artan fiziki fəaliyyətlər və gün boyu gərgin iş qrafikləri uşaqların suya ehtiyacını artırır. Adekvat su qəbulu həm fiziki, həm də zehni performansın artmasına töhfə verərək sağlamlığın qorunmasında mühüm rol oynayır.

Suyun uşaqlar üçün əsas qida maddələri arasında olduğunu və sağlam inkişaf üçün mühüm rol oynadığını ifadə edən diyetoloq Neslihan Öztürk Aktepe, bunlara diqqət çəkib: “Uşaqların bədən istiliyini tənzimləmək və maye tutmalarını təmin etmək üçün onların gündəlik su ehtiyaclarının qarşılanması böyük əhəmiyyət kəsb edir. Kifayət qədər su istehlakı təmin edilmədikdə, uşaqlar düzgün dərs öyrənə bilmirlər. Bundan əlavə, su istehlakı azaldıqca, huşunu itirmə, böyrək çatışmazlığı və koma kimi ciddi sağlamlıq problemləri müşahidə edilə bilər".

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun