Yandex watch
Ayaqlarınız sağlamlığınız haqqında nə deyir?

Ayaqlarda meydana gələn bəzi əlamətlər bədənin ümumi vəziyyəti barədə öncədən xəbərdarlıq edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu səbəbdən onları görməməzlikdən gəlmək olmaz.

Soyuq ayaqlar – Tiroid problemləri, qan dövranı pozğunluğu, diabet və ya hormonal balanssızlıqla əlaqəli ola bilər. Stress də təsir göstərə bilər.

Ayaq şişməsi – Zaman-zaman normal olsa da, davamlı şişkinlik ürək, böyrək və limfa sistemində problemlərə işarədir.

Rəng dəyişməsi – Qan dövranı zəifliyi, işemiya və ya qanqren kimi ciddi vəziyyətlərin xəbərçisi ola bilər.

Uyuşma və iynəbatma hissi – B12 çatışmazlığı, diabet, periferik arterial xəstəlik və nevroloji pozğunluqların əlamətidir.

Çat ayaq və quruluq – Omeqa yağ turşuları və sink çatışmazlığı ilə əlaqəli ola bilər.

Dırnaq rənginin dəyişməsi – Göbələk infeksiyası, anemiya, sədəf və hətta melanoma kimi vəziyyətlərə işarə edə bilər.

Əgər bu simptomlar uzun müddət davam edirsə, mütləq həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az