Ayaqların üşüməsi nədən xəbər verir?
Ayaqların üşüməsi nədən xəbər verir?

Bəzi insanlar qalın geyinsələr də, hava isti olsa da, ayaqlarının üşüməsindən, donmasından şikayət edirlər.

Bəs görəsən bu nədən belə olur?

E-saglam.az xəbər verir ki, Hit.az-ın sualını cavablandıran terapevt Sevinc Qurbanova bildirib ki, əgər ayaqlar donursa, pasiyent damar cərrahı ilə məsləhətləşməlidir:

"Müəyyən etmək lazımdır ki, damarlarda problem var, yoxsa yoxdur. Varikoz genişlənməsi olan şəxslərdə ayaqların üşüməsi halına çox rast gəlinir. İkincisi, əgər qanda hemoqlobin səviyyəsi aşağıdırsa , bu da ayaqların, əllərin üşüməsinə səbəb olur. Dəmir çatışmazlığı bu kimi əlamətlərə yol açır. Hormonal problemlər də üşümə ilə nəticələnə bilər. Onurğasında yırtıq olan, ürək problemləri yaşayan insanlar da ayaq donmasından şikayət edirlər".

E-saglam.az