Qidalanma
Axşam yeməyindən imtina etmək kökəlməyə səbəb olur?
Qidalanma

Axşam yeməyindən imtina etmək kökəlməyə səbəb olur?

E-saglam az xəbər verir ki, normal çəkidə qalmaq üçün saat 18-dən, 19-dan və ya 20.00-dan sonra qida qəbul etməyənlər çoxdur. Bu, bir çox hallarda mütəxəssislərin, dietoloqların tövsiyəsi ilə baş verir. Amma bunun əksini düşünənlər də var.

Yapon alimləri hesab edirlər ki, axşam yeməyindən qaçmaq gələcəkdə çəkinin artmasına səbəb ola bilər. "The New York Post" xəbər verir ki, mütəxəssislər 3 il ərzində 17573 kişi və 8860 qadın müşahidə ediblər. Axşam yeməyini ötürən iştirakçıların artıq kütlə yığdıqları məlum olub.

Alimlər kişilərin 10,8 faizi, qadınların isə 17,1 faizinin axşam yeməyi yemədiklərini təxmin edirlər. Kilo artımının digər ümumi səbəbləri arasında yaş, yuxu çatışmazlığı, həddindən artıq alkoqol qəbulu və siqaret çəkmək var.

Tədqiqatçılar, axşam yeməyindən çəkinməyin, güclü aclıqdan qaynaqlanan nizamsız bir iştaha səbəb olduğunu deyirlər. Yəni insan yemək miqdarına nəzarət edə bilmir.

Bu nəzəriyyə hələ 100 faiz sübut edilməyib, lakin alimlər bu nəticənin piylənmənin qarşısını almaq üçün istifadə edilə biləcəyini qeyd edirlər/milli.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun