Tibbi xəbərlər
Audiovizual Şura plastik cərrahların efirə çıxışına qadağa qoyulması ilə bağlı
Tibbi xəbərlər
244

Audiovizual Şura plastik cərrahların efirə çıxışına qadağa qoyulması ilə bağlı xəbərlərə münasibət bildirib

"Plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir".

E-saglam.az xəbər verir ki, bu barədə APA-ya Audiovizual Şuranın Kommunikasiya sektorunun müdiri Taleh Quliyev bildirib.

O qeyd edib ki, hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır: "Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır. Son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir".

T.Quliyev həmçinin bildirib ki, fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun