Tibbi xəbərlər
ATU-da iki yeni kafedra yaradılıb
Tibbi xəbərlər
408

ATU-da iki yeni kafedra yaradılıb

Azərbaycan Tibb Universitetində (ATU) iki yeni kafedra yaradılıb.

E-saglam.az xəbər verir ki, bu barədə ATU-nun Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin müdiri Samir Cavadov məlumat verib.

O qeyd edib ki, son zamanlar səhiyyədə aparılan islahatlar nəticəsində əhaliyə ilkin səhiyyə xidmətinin təşkili və ilkin səviyyə tibb xidməti göstərilməsi üçün bu sahə üzrə mütəxəssislərə ehtiyac yaranıb: "Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş yeni Təhsil Proqramının peşə kompetensiyaları, proqramın təlim nəticələri ilkin səhiyyə xidmətinə uyğun hazırlanıb, peşə profilində məzunların ilkin səhiyyə xidmətində fəaliyyət göstərməsi nəzərdə tutulub. 2022-2023-cü tədris ilindən etibarən “Təcili tibb” kafedrasının yaradılması məqsədəuyğun hesab edilib. Eyni zamanda Universitetdə “Tibb və sağlamlıq elmləri təhsili” kafedrasının da yaradılmasını zərurətə çevirib".

Adları çəkilən kafedraların yaradılması barədə məsələ Tədris və təhsildə keyfiyyət təminatı şöbəsinin təqdimatı ilə Böyük Elmi Şuranın müzakirəsinə çıxarılıb. Elmi şuranın üzvləri hər iki kafedranın yaradılmasına razılıq veriblər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun