Xəstəliklər
Aspirin xərçəng və metastazlara qarşı təsir edir - AÇIQLAMA
Xəstəliklər
69

Aspirin xərçəng və metastazlara qarşı təsir edir - AÇIQLAMA

“Aspirin” xərçənglə əlaqəli ölüm riskini və metastazları azaltmaq qabiliyyətinə malikdir.

E-saglam.az xəbər verir ki, bu barədə Kardiff Universitetinin onkoloqları uzunmüddətli tədqiqatlardan sonra bəyan ediblər.

Mütəxəssislər yoğun bağırsaq, prostat və döş xərçəngi də daxil olmaqla 18 fərqli xərçəng növünə tutulmuş xəstələrdə aparılan əvvəlki tədqiqatları analiz edərək “aspirin”in metastazların yayılmasını azaltdığını görüblər.

Onların sözlərinə görə “aspirin”i qəbul edən xərçəng xəstələrində ölüm nisbəti əhəmiyyətli dərəcədə azaldığını göstərən kifayət qədər dəlil var və bu fayda, xərçəngin yalnız bir növündə məhdudlaşmır.

“Aspirin” qanı durultduğundan gündəlik istifadə zamanı yan təsirlərindən biri daxili qanaxma riski ola bilər. Bununla belə, alimlər dərmanı qəbul edən xəstələrdə qanaxma ilə əlaqəli ölümlərin çox olduğuna dair bir dəlil olmadığını bildiriblər.

Alimlər vurğulayıblar ki, gələcəkdə “aspirin”in bəzi nadir xərçəng növlərinə təsirinin öyrənilməsi ilə sınaqlara başlanacaq./medicina.az/

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun