Tibbi xəbərlər
Aspirin infarkt riskini
Tibbi xəbərlər

Aspirin infarkt riskini azaldırmı?

Son dövrlərdə infarkt hallarının həm yaşlılar, həm də gənclər arasında artması narahatlıq doğurur.

E-saglam.az xəbər verir ki, kardioloq Dr. Hüseyin Özdil bu vəziyyətin təhlükəli olduğunu bildirərək infarkt əlamətlərini tanımağın və düzgün reaksiya verməyin vacibliyini vurğulayır. Sinə ortasında sıxıcı ağrı, çiyin, qol, boyun və arxaya yayılan narahatlıq, soyuq tər, ürəkbulanma kimi əlamətlər varsa, dərhal tibbi yardıma müraciət olunmalıdır. Dr. Özdil bildirir ki, bu vəziyyətdə aspirin çeynəmək və 112-yə zəng etmək həyat xilas edə bilər. Aspirin qan laxtalanmasını azaldaraq infarktın təsirini zəiflədə bilər, lakin ilkin müdaxilə tibbi heyət tərəfindən aparılmalıdır.

İnfarkt riski yüksək qan təzyiqi, xolesterol, diabet və siqaret istifadəsi ilə artır. Gənclər arasında artan halların səbəbləri arasında elektron siqaret, enerji içkiləri və fast food istehlakı da göstərilir. Son illərdə 40 yaşdan aşağı şəxslər arasında infarkt səbəbindən ölüm halları artmaqdadır. Özdil xəbərdarlıq edir ki, bu risklərə qarşı sağlam həyat tərzi seçilməli və vaxtında tədbir görülməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun