Tibbi xəbərlər
Aşağı testosteronu necə anlamaq olar? -
Tibbi xəbərlər
321

Aşağı testosteronu necə anlamaq olar? - Bu 6 əlamətə diqqət edin

Testosteron hormonunun yalnız cinsi istəklə bağlı olduğunu düşünürsünüzsə, yanılırsınız. Bu hormon həm kişilərdə, həm də qadınlarda ümumi sağlamlıq üçün vacib rol oynayır.

E-saglam.az xəbər verir ki, əsasən kişilərdə xayalarda istehsal olunan testosteron əzələ və sümük kütləsinin qorunmasından tutmuş, enerji səviyyəsinə, yaddaşa və motivasiyaya qədər bir çox sahədə təsirlidir.

Mütəxəssislərin fikrincə, aşağı testosteron səviyyələri bir çox hallarda qocalıqla qarışdırıla bilər. Lakin bəzi əlamətlər var ki, bu hormonun azaldığını göstərə bilər.

Testosteronun azaldığını göstərən 6 əsas əlamət:

Daimi yorğunluq və enerji azlığı

Səhər oyandığınız andan gün boyu özünüzü yorğun hiss edirsinizsə, bu, testosteronun azlığından qaynaqlana bilər.

Motivasiya və maraq itkisi

Həyatdan zövq almamaq, hədəflərə qarşı marağın itməsi və gündəlik işlərə qarşı laqeydlik də bu halın göstəricisidir.

Qəzəb və əsəbilik

Aşağı testosteron bəzən səbəbsiz gərginlik, ani əsəbiləşmələr və emosional dalğalanmalarla özünü göstərə bilər.

Cinsi istəyin azalması

Libidonun zəifləməsi və yüngül erektil problemlər tez-tez rast gəlinən əlamətlərdəndir.

Əzələ itkiləri və yağ artımı

Əgər fiziki aktivlik eyni qalsa da, əzələlər zəifləyir və bədəndə yağ toplanmağa başlayırsa, diqqət yetirmək lazımdır.

Yaddaş pozuntuları və yuxu problemləri

Unutqanlıq, narahatlıq, yuxunun keyfiyyətsizliyi və gecə tərləmələri testosteron səviyyəsinin düşməsinə işarə edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun