Tibbi xəbərlər
Artıq çəkisi olan kişilərdə beyin funksiyalarının pisləşməsi
Tibbi xəbərlər
248

Artıq çəkisi olan kişilərdə beyin funksiyalarının pisləşməsi daha erkən başlayır

London İmperial Kollecinin alimlər qrupu müəyyən edib ki, çəki problemi olan kişilər qadınlardan on il əvvəl yaddaşlarını itirməyə başlaya bilərlər.

E-saglam.az xəbər verir ki, demensiya ən çox 75 yaşdan sonra inkişaf edir. Lakin "Journal of Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilən yeni araşdırmalar göstərir ki, piylənmə kişilərdə bu prosesi daha da sürətləndirə bilər.

Araşdırmaya görə, artıqçəkili kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşlarında başlayır, qadınlarda isə oxşar dəyişikliklər yalnız on il sonra, 65-74 yaşlarında baş verir.

MRT-dən istifadə edərək, alimlər təcrübə iştirakçılarının beyin həcmini və bədəndəki yağın miqdarını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq yağı beyin həcminin azalması ilə əlaqəlidir ki, bu da sinir hüceyrələrinin və onlar arasındakı əlaqənin itirilməsini göstərir. Bu əlaqə xüsusilə kişilərdə özünü büruzə verir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun