Tibbi xəbərlər
Arıqlama çayları içən qadında qaraciyər çatışmazlığı yarandı -
Tibbi xəbərlər
302

Arıqlama çayları içən qadında qaraciyər çatışmazlığı yarandı - Mütəxəssis xəbərdarlıq etdi

Arıqlama çaylarının təhlükələri barədə xəbərdarlıqlar artır. 45 yaşlı Emine Özlü adlı qadın arıqlamaq məqsədilə istifadə etdiyi arıqlama çaylarından qaraciyər çatışmazlığı yaşayıb və transplantasiya ilə həyatını xilas edib.

E-saglam.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu hadisə arıqlama məhsullarının nəzarətsiz istifadəsinin ciddi sağlamlıq risklərini bir daha göstərir.

Daxili xəstəliklər mütəxəssisi Prof. Dr. A. Emre Yıldırım bu məhsulların tərkibi ilə bağlı elmi araşdırmaların kifayət qədər aparılmadığını vurğulayır. Onların çoxu erkən mərhələdə maye itkisinə səbəb olur və yalançı arıqlama təəssüratı yaradır. Lakin bu maye itkisi orqanlara, xüsusilə də qaraciyərə ciddi ziyan vura bilər. Bəzi hallarda bu ziyan yalnız orqan transplantasiyası ilə bərpa edilə bilər.

Bu çayların tərkibi və təsir mexanizmi dəqiq məlum deyil. Prof. Dr. Yıldırım bəzi bitki qarışıqlarının yoğun bağırsaqda rəng dəyişikliyi (melanoz koli) kimi fəsadlara səbəb olduğunu bildirir.

Qaraciyər, böyrək və digər həyati orqanlara ciddi təsir göstərən bu məhsulların nəzarətsiz istifadəsi ciddi ictimai sağlamlıq probleminə çevrilib. Təhlükəsiz qida seçimləri və balanslı pəhriz daha sağlam alternativdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun