“Arıq genlərə” sahib olmaq
“Arıq genlərə” sahib olmaq

Sağlam qidalanma və idman - sağlam çəki saxlamaq üçün vacib olsa da, genetik olaraq bəzi dəyişdirilə bilməyən amillər də mövcuddur.

E-saglam.az xarici mediaya istinadla xəbər verir ki, Esseks Universitetinin tədqiqatçıları arıqlamağa kömək edə biləcək 14 “arıq gen” aşkarlayıblar. Bu genlərə sahib olmağa baxmayaraq, elm adamları pəhriz və digər həyat tərzi faktorlarının sağlam çəki itirmək və saxlamaq üçün hələ də həyati əhəmiyyət daşıdığını söyləyirlər. Pəhriz, idman və normal yuxu sağlam çəkinin qorunmasında mühüm rol oynayır. Lakin keçmiş tədqiqatlar göstərir ki, genetika kimi dəyişdirilə bilməyən amillər də vacibdir.

İdman, Reabilitasiya və Məşq Elmləri Məktəbinin idman və məşq elmləri üzrə müəllimi Henri Çunq bildirib ki, piylənmə cəmiyyət, iqtisadiyyat və səhiyyə sektorları üçün artan problemdir və bu, dünya miqyasında epidemiyadır: “İdman və pəhriz kimi amillər piylənmə ilə mübarizə aparan məlum faktorlardır. Lakin bu o qədər də asan deyil. Piylənməyə və artıq çəki artımına səbəb olan bir çox amil də mövcuddur. Daha da əhəmiyyətlisi, insanların hətta eyni idman növünü edərkən nə qədər çəki itirə biləcəyi ilə bağlı həmişə dəyişikliklər olub. Buna görə də biz bu fərqləri izah etmək üçün genetikaya baxırıq və bunun gələcək müdaxilələri formalaşdırmaq üçün necə istifadə oluna biləcəyini araşdırırıq”.

Henri Çunq arıqlamağa təsir etmək üçün 14 “arıq gen” aşkarlayan, “Research Quarterly for Exercise and Sport” jurnalında dərc edilmiş yeni araşdırmanın əsas müəllifidir.(Azərtac)

E-saglam.az