Stanford Universitetinin alimləri müəyyən ediblər ki, insan orqanizmi ən sürətli 44-60 yaş aralığında qocalır. Bioloji nümunələrin təhlili göstərib ki, bədəndəki molekulların 81%-i bu dövrdə əhəmiyyətli dəyişikliklərə məruz qalır.
E-saglam.az xəbər verir ki, 40-cı illərin ortalarında lipid, kofein və spirt mübadiləsində, ürək-damar və əzələ funksiyalarında dəyişikliklər baş verir. 60-cı illərin əvvəllərində isə karbohidrat mübadiləsi, immun sistemi və böyrəklərdə ciddi dəyişikliklər müşahidə edilir.
Tədqiqat göstərib ki, qocalma prosesi təkcə qadınlarla məhdudlaşmır, kişilər də eyni bioloji dəyişikliklərə məruz qalır. Alimlər gələcək araşdırmalarla bu prosesin daha dərindən öyrənilməsini planlaşdırırlar.
Araşdırmanın nəticələri Nature Aging jurnalında dərc olunub.
Tərcümə: Könül Oruc