Tibbi xəbərlər
Araşdırma: Diş fırçalarının 60 faizində nəcis qalıqları aşkarlanıb -
Tibbi xəbərlər

Araşdırma: Diş fırçalarının 60 faizində nəcis qalıqları aşkarlanıb - Bu səhvə necə yol veririk?

Sinqapurda işləyən Dr. Samuel Choudhury diş fırçalarından istifadə edərkən bir çox insanın bilmədən etdiyi böyük səhvi açıqlayıb. Bu vərdiş diş fırçalarımızın nəcis qalıqları, bakteriya və viruslarla təmas etməsinə səbəb olur.

E-saglam.az xəbər verir ki, "Daily Mail"də yer alan xəbərə görə, Dr. Choudhury-nin paylaşdığı məlumata görə, tualetin yuyulması zamanı bakteriya və mikroblar 1,8 metrə qədər havaya yayılır. Diş fırçanız tualetin yanında saxlanılırsa, bilməlisiniz ki, hər fırçalayanda yalnız diş məcunu istifadə etmirsiniz.

Bir çox insanlar diş fırçalarını qapaqda saxlamağın yaxşı bir fikir olduğunu düşünür. Bununla belə, həkim bildirib ki, o, əksinə bakteriya inkişafı üçün əlverişli mühit təmin edir. 2015-ci ildə aparılan bir araşdırma, ümumi vanna otağındakı diş fırçalarının 60 faizində nəcis qalıqlarının olduğunu müəyyən etdi.

Qapalı qablar və ya fırça qapaqları diş fırçalarını havadakı hissəciklərdən qoruyur kimi görünsə də, əslində bakteriya yükünü artırır. Çünki qapalı və rütubətli mühit mikrobların sürətlə çoxalmasına şərait yaradır.

Bəs diş fırçalarımızı necə təmiz və təhlükəsiz saxlaya bilərik? Dr. Choudhury bir neçə sadə üsul təklif edir:

- Suyun düzgün axmasını təmin etmək üçün fırçanı həmişə dik vəziyyətdə saxlayın.

- Fırça və ya fırça başlığını hər üç-dörd aydan bir dəyişdirin.

- Diş fırçasını tualetə yaxın saxlayırsınızsa, tualetin qapağını bağlı vəziyyətdə saxlayın və ümumiyyətlə mümkünsə diş fırçasını tualetdən uzaqda saxlayın.

Bəzi istifadəçilər diş fırçalarını UV sterilizatorlarında təmizləməyə üstünlük versələr də, Dr. Choudhury bunun lazım olmadığını deyir. O qeyd edir ki, UV qutuları və ağız yuyucusu ilə təmizləmə faydalı ola bilər, lakin diş fırçanızı düzgün saxlamaq daha vacibdir.

Tədqiqatlar göstərir ki, tualeti yuduqda yaranan su damcıları uzun müddət havada asılı vəziyyətdə qalaraq E. coli və qızılı stafilokok kimi zərərli bakteriyaların yayılmasına səbəb olur. Mütəxəssislər tualetlərdə havalandırma sistemlərinin təkmilləşdirilməsinə ehtiyac olduğunu vurğulayırlar.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun