ABŞ-da aparılan bir araşdırmaya görə, gecələr açıq havada süni işıqlara məruz qalmaq, xüsusilə 65 yaşdan kiçik insanlarda Alzheimer xəstəliyi riskini artıra bilər.
E-saglam.az xəbər verir ki, Araşdırma "Frontiers in Neuroscience" jurnalında dərc olunub.
ABŞ-ın Rush Universitetinin tədqiqatçıları ölkənin 48 ştatında yolun işıqlandırılması və süni işıq mənbələrindən işıqlandırılan işarələr kimi işıq çirklənməsinə səbəb olan amilləri araşdırıblar. Tədqiqatın nəticəsi olaraq, tədqiqatçılar Alzheimer xəstəliyinin gecələr süni işığın mövcud olduğu bölgələrdə daha çox olduğu qənaətinə gəliblər və süni işığın bədənin bioloji saatını və yuxu rejimini poza biləcəyini və idrak qabiliyyətinin azalmasına səbəb ola biləcəyi qənaətinə gəldilər.
Tədqiqatçılar açıq havada süni işığa məruz qalmanın 65 yaşdan aşağı insanlarda Alzheimer xəstəliyi riskini spirt istifadəsi, xroniki böyrək xəstəliyi və piylənmə kimi digər faktorlardan daha çox artırdığını müəyyən ediblər.
Gecələr məruz qaldığımız süni işığın mənfi təsirlərini azaltmaq üçün qaranlıq pərdələrdən və ya göz yamaqlarından istifadə etmək tövsiyə olunub.
Tərcümə: Könül Oruc