Araq orqanizm üçün ən təhlükəli
Araq orqanizm üçün ən təhlükəli

Cərrah Aleksandr Umnov bildirib ki, araq insan orqanizminin bütün orqan və sistemlərinə qarşı amansızdır.

E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, etil spirti ilə suyun süzülmüş qarışığından ibarət olan araq orqanizmin elə bir hüceyrəsi, elə bir daxili orqanı və sistemini yoxdur ki, onun üçün dəhşətli zəhər olmasın.

Həkim vurğulayıb ki, araq mədəaltı vəzi toxumasının tədricən öldüyü pankreatitin inkişafına səbəb olur.

Bundan əlavə, araq, bir kanserogen olaraq, ən çox patogenlə təmasda olan toxuma hüceyrələrində mutasiyalara səbəb olur. /medicalmedia