Tibbi xəbərlər
AQTA Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı məsələni araşdırmağa başlayıb
Tibbi xəbərlər
247

AQTA Şəmkirdə dönərdən zəhərlənmə ehtimalı ilə bağlı məsələni araşdırmağa başlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirib.

E-saglam.az xəbər verir ki, AQTA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Xatırladaq ki, Şəmkirdə 4 nəfərin vəziyyəti pisləşib, onların dönərdən zəhərlənməsi ehtimal olunur.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun