Yandex watch
Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına

Aptek təşkilatçıları tibbi sığortanın subyektləri sırasına daxil edilir.

Emlakbazari.az

E-saglam.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, dərman və tibb vasitələrinin əlçatanlığına və tibbi xidmətlərin keyfiyyətinin artırılmasına dövlət tərəfindən təminat verilməsi, sığorta hadisəsi baş verdikdə, sığortaolunan dərman və tibb vasitələri ilə təmin edilməsi isə icbari tibbi sığortanın əsas prinsipləri sırasına daxil edilib.

“Dərman vasitələri haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarına əsasən fəaliyyət göstərən aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. İcbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə müqavilə bağlanılacaq. Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək. (APA)

E-saglam.az