Tibbi xəbərlər
Apellyasiya məhkəməsi "Laser Beauty Klinika" ilə bağlı
Tibbi xəbərlər

Apellyasiya məhkəməsi "Laser Beauty Klinika" ilə bağlı qərar verib

Apellyasiya məhkəməsi "Laser Beauty Klinika" ilə bağlı qərar verib.

E-saglam.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində klinikanın cərimələnməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarından şikayətə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib və qərar qüvvədə saxlanılıb.

Səhiyyə Nazirliyinin yoxlamaları və cərimə

Qeyd edək ki, fevralın 14-ü Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən “Lazer Beauty Klinikası”nda aparılan yoxlamalar zamanı aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə əsasən cərimələrin tətbiq edilməsi ilə əlaqədar məhkəməyə müraciət edilib. Klinikanın lisenziyasının ləğv edilməsi ilə bağlı bu gün Səhiyyə Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyinə məktub göndərilib.

Klinikadan apellyasiya şikayəti

Səhiyyə Nazirliyinin "Laser Beauty Klinika" barədə tərtib etdiyi inzibati protokol əsasında Yasamal rayon Məhkəməsi fevralın 19-da klinikanı 6000 manat cərimə edib. Klinika qərardan Apellyasiya Məhkəməsinə şikayət edib.

Lisenziyanın dayandırılması və əlavə müddət

Martın 7-i Səhiyyə Nazirliyi tərəfindən “Laser Beauty Klinika”da yoxlama keçirilib. "Xatırladaq ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Klinikası”nın həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılmış, müəssisəyə martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun