Yandex watch
Aorta damarı

Aorta bədənin ən böyük və həyati əhəmiyyətli arteriyasıdır. Ürəkdən çıxaraq oksigenli qanı bütün orqanlara daşıyır. Aortanın yırtılması – aorta disseksiyası – bu damarın daxili təbəqəsinin qopması və qan təzyiqi ilə təbəqələr arasına dolaraq damarın parçalanması deməkdir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ən əsas səbəb nəzarətsiz yüksək qan təzyiqidir. Ani təzyiq artımı damar divarını gərir və zəif sahədə yırtığa səbəb olur. Qan yanlış istiqamətdə, damar təbəqələrinin arasında hərəkət edir və bu, daxili qanaxma ilə qəfil ölümə gətirib çıxara bilər.

Aorta anevrizması (damarın genişlənməsi) səssiz və xroniki bir prosesdir, adətən təsadüfi müayinələr zamanı aşkar edilir. Ancaq yırtılma qəfil baş verir və şiddətli sinə, bel və ya qarın ağrısı, huşun itməsi, iflic, tənəffüs çətinliyi kimi əlamətlərlə özünü göstərir. Bu halda hər dəqiqə həyati əhəmiyyət daşıyır.

Risk faktorlarına uzunmüddətli hipertoniya, genetik xəstəliklər (Marfan, Ehlers-Danlos), damar iltihabları, travmalar, siqaret, narkotiklər və ailəvi anamnez daxildir. Xəstəlik 60 yaşdan yuxarı kişilərdə daha çox görülür.

Diaqnoz ECHO və KT ilə qoyulur. Aorta 5 sm-ə çatdıqda əməliyyat planlaşdırılır. Yırtılma halında isə təcili cərrahi müdaxilə tələb olunur.

Qarşısını almaq üçün qan təzyiqini nəzarətdə saxlamaq, siqnalları ciddiyə almaq, ailə tarixçəsi olanların mütəmadi müayinədən keçməsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az