İlk dəfə ABŞ-da rast gəlinən beyin yeyən amöb beyində infeksiyaya səbəb olur və adətən ölümlə nəticələnir. Müxtəlif ölkələrdə zaman-zaman görülən beyin yeyən amöb nədir və necə ötürülür?
E-saglam.az xəbər verir ki, xalq arasında beyin yeyən amöb kimi tanınır, lakin əsl adı "naegleria fowleri"dir.
Beyin yeyən amöb nədir?
Daha çox göl və çay kimi şirin sularda rast gəlinən təkhüceyrəli amöb yalnız burun yolu ilə ötürülür və insandan insana keçmir.
Qoxu kanalına daxil olan amöblər burun selikli qişasından keçərək, qoxu siniri vasitəsilə onurğa-beyin mayesində və beyində yerləşirlər. Birincili amebik meningoensefalit (PAM) adlanan ani ölümcül xəstəlik olan menengitə səbəb olurlar.
Simptomlara rinit, yüksək hərarət, ürəkbulanma, baş ağrısı və göz ağrısı daxildir. Şüurun itməsi və koma ilə ölüm qısa müddətdə baş verir.
Beyin yeyən amöb necə keçir?
Beyin yeyən amöb insandan-insana keçə bilən xəstəlik deyil.
Beyin yeyən amöb burnunuza daxil olan çirkli su ilə ötürülür. Çox nadir hallarda başın qeyri-adekvat xlorlu üzgüçülük hovuzlarına batırılması və ya burnu amöblə çirklənmiş kran suyu ilə təmizləməsi nəticəsində infeksiya baş verə bilər.
Tərcümə etdi: Könül Oruc