Xəstəliklər
Ana bətnində dölün cinsi, qan qrupu, xəstəliklərini müəyyənləşdirmək – MÜMKÜN OLACAQ
Xəstəliklər

Ana bətnində dölün cinsi, qan qrupu, xəstəliklərini müəyyənləşdirmək – MÜMKÜN OLACAQ

Tibbi elmində daha bir yenilik. Yeni test ilə ana bətnində olan dölün genetik xəstəliklərinin erkən dövrdə diaqnozunu sadələşdirmək olacaq.

E-saglam.az bildirir ki, Plymouth Universiteti alimləri hələ ana bətnində ikən dölün cinsini, qan qrupunu və genetik xəstəliklərin riskini erkən dövrdə qeyri-invaziv yolla aşkarlayacaq bir metod üzərində işləyirlər. Bu, adi qan analizidir. Mütəxəssislərin fikrincə, indiyə qədər mövcud olan metodlar həm kifayət qədər dəqiq deyil, həm də risklidir.

Tədqiqatçılar bir neçə hemofiliya və Duşenn əzələ distrofiyası riskini daşıyan analarda test aparmağı təklif ediblər. Bundan əlavə, test yeni doğulmuşun (ana ilə dölün arasında qan rezus uyğunsuzluğu) hemolitik xəstəliyi riskini qiymətləndirməyə kömək edəcək. Bunun üçün hamiləliyin ilkin dövründə qan analizi götürmək lazım olur.

Bu gün hamiləlik zamanı hələ doğulmamış uşağın genetik xəstəliklərinin diaqnostikası üçün amniosentez həyata keçirilir. Bu metodla dölün düşük ehtimalı 1% təşkil edir. Lakin yeni üsul bu riski əhəmiyyətli dərəcədə azaldır. Tədqiqatçılar əlavə edirlər ki, bununla xəstəliyin erkən diaqnozu və uşağın vaxtında müalicəyə başlamasına imkan verir./tibb fed.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun