Tibbi xəbərlər
Ana 6 aylıq körpəsini qapının ağzına atıb qaçdı
Tibbi xəbərlər
169

Ana 6 aylıq körpəsini qapının ağzına atıb qaçdı

Sumqayıtda ana 6 aylıq körpəsindən imtina edib.

E-saglam.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıt şəhər sakini Günel Novruzova 6 aylıq oğlunu nənəsinin yaşadığı ünvana gətirərək orada qapının ağzında qoyaraq qaçıb. Uşağın nənəsi Rəbiyyə Novruzova bildirib ki, qızı illərdir evdən çıxıb və bir daha geri qayıtmayıb. R. Novruzova körpəyə baxmaq imkanı olmadığına görə onu aidiyyəti qurumlara təhvil verib.

6 aylıq körpə oğlan uşağı Sumqayıt şəhər Təcili Tibbi Yardım stansiyasının həkimləri tərəfindən Sumqayıt şəhər Uşaq xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, 7 kiloqram çəkisi olan oğlan uşağı bütün müayinələrdən keçirilib, sağlamdir: "Vəziyyəti yaxşıdır və həkim nəzarətindədir".

Faktla bağlı araşdırma aparılır.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun