Tibbi xəbərlər
Amerikalı həkim nəcis transplantasiyası ilə
Tibbi xəbərlər

Amerikalı həkim nəcis transplantasiyası ilə xərçəng xəstəsini sağaltdı

53 yaşlı ABŞ futbol məşqçisi Tim Stori eksperimental müalicə üsulu - nəcisin transplantasiyası sayəsində xərçəngdən sağalıb.

E-saglam.az xəbər verir ki, amerikalının bu hekayəsini NBC yayımlayıb.

Dörd il əvvəl Storiyə üçüncü mərhələdə nazik bağırsaq xərçəngi diaqnozu qoyuldu. İki il və bir neçə çətin kimyaterapiya kursundan sonra ona müalicənin nəticəsiz qaldığını və cəmi bir neçə ay ömrünün qaldığını bildirdilər. Sonra Stori nəcis transplantasiyasına razılıq verdi. İmmunoterapiya ilə son mərhələdə xərçəngi tamamilə sağalmış bir kişiyə nəcis köçürülüb.

İmmunoterapiyadan uğursuz olan Storini müalicə edən onkoloq Maykl Overman, kişinin kolorektal xərçəngi olan və immunoterapiya ilə sağalmış bir xəstədən bağırsaq mikrobiomunun nəqlindən faydalana biləcəyini təklif etdi. 

Overmanın son mərhələdə xərçəngi olan 15 xəstəsi bu eksperimental müalicə ilə razılaşdı. Onlar bir ay ərzində immunoterapiyaya yaxşı cavab verən donordan bağırsaqlara çoxlu nəcis transplantasiyası keçiriblər və onlardan beşi daha altı ay ərzində oral olaraq əlavə dozalar qəbul edib. Ancaq yalnız üç iştirakçı remissiyaya düşdü və Stori də onların arasında idi. Müalicə sayəsində remissiyaya keçdi.

"Bu payız dörd ildən sonra ilk dəfə işə qayıda bildim. Mən yenidən məktəbdə futbol məşqçisi kimi işləyirəm. Bu mənim həvəsimdir. Fasilə verəndə çox darıxdım. İndi həyatda ikinci şansım olduğunu hiss edirəm", - deyə Stori bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun