Tibbi xəbərlər
Amerikalı alimlər donuz və insanın hibridini yaratmağı planlaşdırırlar
Tibbi xəbərlər
205

Amerikalı alimlər donuz və insanın hibridini yaratmağı planlaşdırırlar

Amerikalı alimlər donuz və insanın hibridini yaratmağı planlaşdırırlar.

Dünyada riskliliyinə və problemin mənəvi tərəflərinə baxmayaraq genetik təcrübələrə maraq getdikcə artır.

E-saglam.az xəbər verir ki, “Fox News”un məlumatına görə, son illərdə müxtəlif ölkələrdən olan ekspertlər hüquqi və əxlaqi sərhədlərə məhəl qoymayaraq, genetik təcrübələr sahəsinə getdikcə daha dərinə gedirlər.

Çin bu yaxınlarda laboratoriyada insan-meymun hibrid embrionlarının yetişdirilməsini rəsmən elan edib.

İndiyə qədər bu cür embrionlar yalnız müəyyən bir müddətə qədər saxlanılıb, əksər ölkələrin qanunları onlardan tam hüquqlu fərdlərin böyüməsinə icazə verməyib.

Amerikalılar da bu istiqamətdə irəliləyirlər. Onlar insan və donuzun hibridini yaratmağı planlaşdırırlar.

Alimlər bu cür təhlükəli təcrübələrə can atmalarını təbabətin ehtiyacları ilə izah edirlər. Bunlar donor orqanların mənbəyi, yeni müalicə üsulları tapılması və dərmanların sınaqdan keçirilməsi üçün eksperimental orqanizmlər ola bilərlər.

Tərcümə: Aztibb.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun